
Azərbaycan musiqisi Azerbaijani mugam trio in XVI century miniature of Nizami Ganjavi’s Khosrow and Shirin.JPG Ümumi mövzular Balet Musiqi alətləri Rəqslər Muğam üçlüyü Tar ifaçılıq sənəti Janrlar Caz Dini Hərbi Hip hop Klassik Opera Pop Rok Xalq musiqisi Xüsusi formalar Milli musiqi Aşıq musiqisi Meyxana Muğam Alt janrlar Caz-muğam Muğam operası Simfonik muğam Media və təqdim etmə Musiqi festivalları Qəbələ Musiqi Festivalı Bakı Caz Festivalı Beynəlxalq muğam festivalı Hacıbəyov musiqi festivalı Musiqi mediası Mədəniyyət TV Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar Milli himn Azərbaycan himni bmr Azərbaycan xalq musiqisi — Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur.
Avar musiqisi
Avar musiqisinə aid mahnılardan “Bersinay”, “Dirab Zaqatala”, “Şah xiriyay”, “Niker bu bayal”, “Qordi qordi”, “Can aminat”, “Havva”, “Hacı Murad”-ı qeyd etmək olar.
Aysor (Assuriya) musiqisi
Aysor (Assuriya) musiqisinə aid mahnılardan “Qaributa”, “Bil palqet Leyli”, “Lab xa yimma”, “Turame rame”-ni qeyd etmək olar.
Gürcü musiqisi
Gürcü musiqisinə aid mahnılardan “Sama iya!”-nı qeyd etmək olar.
Hapıt musiqisi
Azərbaycanda hapıt musiqisinin ən tanınmış nümayələrindən — İsmayıllı rayonu Mollaisaqlı kəndinin xor kollektivini qeyd etmək olar. Hapıt musiqisinə aid mahnılardan “Fotkar həşxərə”, “Çəhrə”, “Əliabad”-ı qeyd etmək olar.
İngiloy musiqisi
İngiloy musiqisinə aid mahnılardan “Vətən mahnısı”, “Roqor ar qaviğimo”, “Suliko”, “Samaya”, “Qazabhuli movida”, “Leyli”, “Deda”, “Əliabad”-ı qeyd etmək olar.
Kürd musiqisi
Azərbaycanda kürd musiqisinin ən tanınmış nümayələrindən — 2008-ci ildə yaranan “Shero” musiqi qrupunu qeyd etmək olar. Kürd musiqisinə aid mahnılardan “Şəmmamə”, “Kürd bayatıları”, “Kürd gözəlləməsi”, “Məyrəmə”-ni qeyd etmək olar.
Lahıc musiqisi
Lahıc musiqisinə aid mahnılardan “Vətən Azərbaycan”, “Afto”, “Sənətkar”-ı qeyd etmək olar.
Ləzgi musiqisi
Azərbaycanda ləzgi musiqisinin ən tanınmış nümayələrindən — “Suvar” ləzgi mahnı və rəqs ansamblını qeyd etmək olar. 1996-cı ildə Bakıda yaradılan bu ansambl respublika və beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksək səviyyəli mahnı ifaları ilə seçilən bu ansambl 2009-cu ildə “Xalq kollektivi” fəxri adına layiq görülüb. Ləzgi musiqisinə aid mahnılardan “Zaz yar ava, yarğarava”, “Vatandil çil”, “Şirin-şirin”, “Mexer ya”, “Qazı-qazı”, “Nazlama”, “Cəhilval”-ı qeyd etmək olar.
Molokan musiqisi
Azərbaycanda molokan musiqisinin inkişafı İsmayıllı rayonu İvanovka kəndinin xor kollektivi ilə bağlıdır. Molokan musiqisinə aid mahnılardan “İvanovka”, “Na tropinke”, “Ne dla menya”, “Solntse klonitsa”, “Kalina”, “Krasnoe nebo”, “Sudba moya”, “Yerusalim”-i qeyd etmək olar.
Rus musiqisi
Rus musiqisinə aid mahnılardan “Naşa jizn korotka”, “Sudba”, “U mamı”, “Xmel”, “Kolxoz”, “Nad yarom”-u qeyd etmək olar.
Rutul musiqisi
Azərbaycanda rutul musiqisinin ən tanınmış nümayələrindən — Şəki rayonu Şorsu kənd mədəniyyət evinin “Salavat” ansamblını qeyd etmək olar. Rutul musiqisinə aid mahnılardan “Şahzada”, “Veşdi riş”, “Biçədi riş”, “Dəydi riş”, “Pərinin müxəmməsi”, “Avastan”, “Maral xanım”-ı qeyd etmək olar.
Saxur musiqisi
Şimali Qafqazda mövcüd olan digər xalqlar kimi, Saxurların ümumi musiqi üslubu və çalğı alətləri (nağara, zurna, balaban, tütək, sipsi, tənbur) və eləcə də, tipik melodiya formulları birləşdirir. Eyni zamanda, bəzən onlardan hər birinə məxsus fərqli çalarlar da sezilir və xüsusi tədqiqatlara mövzu ola bilər. Azərbaycanda saxur musiqisinin ən tanınmış nümayələrindən — Zaqatala rayonu Suvagil kəndinin “Ceyranım” xalq kollektivini qeyd etmək olar. Saxur musiqisinə aid mahnılardan “Yar aman”, “Ceyranım”, “Qocalar”, “Olaydı”, “Zikr”, “Ala gözlüm”, “Salam Məlik”-i qeyd etmək olar.
Tat musiqisi
Azərbaycanda tat musiqisinin ən tanınmış nümayələrindən — “Xınayaxdı” folklor kollektivinini qeyd etmək olar. Şabran rayonunun Dağbilici kənd mədəniyyət evi nəzdində fəaliyyət göstərən kollektivin repertuarını əsasən el mərasimləri, xalq və əmək mahnıları təşkil edir.
Tatar musiqisi
Ruslarla Volqa tatarları dil və din etibarı ilə bir-birindən seçilsələr də, onların tarixən sıx ictimai-mədəni münasibətləri nəticəsində solo və ya xor oxumaları, uzun nəfəsli həzin mahnılar kimi ümumi cəhətlər meydana gəlmişdir. Fərqli cəhətlərə gəldikdə tatar xalq musiqisində pentatonikanın daha böyük və hətta həlledici rolu ilk növbədə qeyd olunmalıdır.
Azərbaycanda tatar musiqisinin ən tanınmış nümayələrindən — Bakıda fəaliyyət göstərən “Tuqan tel” mədəniyyət mərkəzinin ansamblını qeyd etmək olar. 1996-cı ildə yaradılan bu ansambl Azərbaycanda və Rusiyada keçirilən bir sıra tədbirlərdə, görkəmli tatar şairlərinin xatirə gecələrində iştirak edib, diplom və mükafatlara layiq görülüb. Kollektivin repertuarını tatar mahnı və rəqsləri, el mərasimlərindən səhnələr təşkil edir. Tatar musiqisinə aid mahnılardan “Sarman yulları”, “Balanı yunatkanda”, “Bayt sak sok”, “Umurzaya”, “Ak kain”, “Urmanlarda”-nı qeyd etmək olar.
Talış musiqisi
Azərbaycanda ən qədim etnoslardan biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, «halay» mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.
1970-ci ildən Lənkəran rayonunun Separadi kəndindən fəaliyyət göstərən “Nənələr” folklor və rəqs ansamblı, Azərbaycanda talış musiqisinin ən tanınmış nümayələrindən biridir. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub. Talış musiqisinin digər uğurlu simalarından Baloğlan Əşrəfovu, Cavad Rəcəbovu və İsrail Məmmədovu misal göstərmək olar. Talış musiqisinə aid mahnılardan “Tolışa kinə”, “Kinəlim şonoş bonomo”, “Giləvo”, “Gəlin gəldi”, “Vəyə mübərək”, “Çımı dilbər”-i qeyd etmək olar.
Udin musiqisi
Udin musiqisinə aid mahnılardan “Nij”, “Quş bala”, “Meyin pulmux”, “Pe hiyar”, “Galun çöy Bakı?”, “Hun zaxun”-u qeyd etmək olar.